AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 4-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilib.

“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” oyununda “Araz-Naxçıvan-2” komandasının baş məşqçisi Zaur İsmayılov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Araz-Naxçıvan-2” komandası 150 manat cərimə edilib.

“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” oyunu bitdikdən sonra “Araz-Naxçıvan-2” komandasının futbolçusu Nihad Qurbanlı hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Araz-Naxçıvan-2” komandası 80 manat cərimə edilib.

“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” oyununun 90+5-ci dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının köməkçi məşqçisi Alim Qurbanov meydançaya girərək hakimin qərarına etiraz etməsinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyinə görə 7 oyun cəzalanıb, “Araz-Naxçıvan-2” komandası 600 manat cərimə edilib.

“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” oyunundan əvvəl Təcili Tibbi Yardım avtomobili stadiona təyin olunduğu vaxtdan gec gəldiyinə görə “Araz-Naxçıvan-2” komandası 100 manat cərimə edilib.

“Zirə-2” – “Sabah-2” oyununda “Sabah-2” komandasının futbolçusu Nicat Quliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Sabah-2” komandası 150 manat cərimə edilib.

“Neftçi-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının futbolçusu Xəyal Xudaverdiyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Qəbələ-2” komandası 150 manat cərimə edilib.

“Qarabağ-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Kəpəz-2” komandası 70 manat cərimə edilib.

“Qarabağ-2” – “Kəpəz-2” oyununda “Qarabağ-2” komandasının baş məşqçisi Cavad Mirzəbəyli texniki zona qaydalarını pozaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Qarabağ-2” komandası 150 manat cərimə edilib.

Shares: