Polşanın “Rakuv” klubunun futbolçusu Milan Rundiç komandasının Avropa Liqasına düşməsinə münasibət bildirib.

Futbolinfo.az saytı xəbər verir ki, serbiyalı müdafiəçi Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində Danimarka “Kopenhagen”inə məğlubiyyətə görə məyusluq keçirdiklərini bildirib.
31 yaşlı oyunçu bu mövsüm ÇL-də üz-üzə gəldikləri rəqiblərin də müqayisəsini aparıb:

“Kopenhagen” aşkar şəkildə əvvəlki rəqiblərimiz “Aris” və “Qarabağ”dan güclü komandadır. Çempionlar Liqasında qalmaq istəyirdik. Ancaq Avropa Liqasının qrupunda oynamaq da böyük uğurdur”.

Qeyd edək ki, “Rakuv”la “Qarabağ” ÇL-in II təsnifat mərhələsində üz-üzə gəlmişdilər. Polşada 3:2 hesablı qələbə qazanan “Rakuv” Bakıda 1:1 hesablı heç-heçə edərək, mərhələ adlamışdı.

Shares: