Bu gün UEFA Konfrans Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin püşkü atılacaq.

Futbolinfo.az xəbər verir ki, Monakoda baş tutacaq tədbir Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

Türkiyə təmsilçilərindən “Fənərbaxça” 1-ci, “Beşiktaş” isə 3-cü səbətdə yer alıb.

1-ci səbət: “Ayntraxt” (Almaniya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Brügge” (Belçika), “Alkmar” (Niderland), “Gent” (Belçika), “Fənərbaxça” (Türkiyə), “Lill” (Fransa), “Ferentsvaroş” (Macarıstan);

2-ci səbət: PAOK (Yunanıstan), “Slovan” (Bratislava, Slovakiya), “Makkabi” (Tel-Əviv, İsrail), “Viktoriya” (Plzen, Çexiya), “Aston Villa” (İngiltərə), “Ludoqorets” (Bolqarıstan), “Fiorentina” (İtaliya), “Bodo Qlimt” (Norveç);

3-cü səbət: “Genk” (Belçika), “Zarya” (Luqansk, Ukrayna), “Astana” (Qazaxıstan), “Beşiktaş” (Türkiyə), HJK (Finlandiya), “Legiya” (Polşa), “Spartak” (Trnava, Slovakiya), “Olimpiya” (Sloveniya)

4-cü səbət: “Zrinski” (Bosniya və Herseqovina), “Klaksvik” (Farer adaları), “Aberdin” (Şotlandiya), “Çukariçki” (Serbiya), “Luqano” (İsveçrə), “Breydablik” (İslandiya), “Nordsyelland” (Danimarka), “Balkani” (Kosovo).

Shares: