Avropa Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra komandaların statistik göstəriciləri açıqlanıb. “Qarabağ” qapıya ən çox zərbə endirənlər arasında yer alıb.

Futbolinfo.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri 4 oyunda ümumilikdə 45 zərbə cəhdi edib. Bunlardan 18-i dəqiq alınıb, 27-si isə uğursuz olub.

“Qarabağ” eyni zamanda ən çox küncdən zərbə yerinə yetirən komandalar arasında ikincidir. 27 dəfə standart vəziyyətdən istifadə edən “atlılar” yalnız Çexiya “Slaviya”sından (36) geri qalır.

Shares: