“Çelsi” daha bir transferi reallaşdırıb. Daha çox gəncləri heyətə qatıb onlarla uzunmüddətli müqavilələr bağlayan londonlular yenə eyni addımı atıb.
Futbolinfo.az xəbər verir ki, “zadəganlar” bir həftə öncə rəsmi təklif göndərdiyi Koul Palmerin keçidini qısa müddətdə həll edib. “Mançester Siti” yetirməsini 47 milyon avro qarşılığında satmağa razılaşıb. “Çelsi” yarımmüdafiəçi ilə 7 illik müqavilə bağlayıb.
İki ildir “şəhərlilər”in əsas heyətinə cəlb edilən Palmer İngiltərə futbolunun əsas ümidlərindən biri sayılır.