“Qarabağ”ın futbolçusu Luka Quqeşaşvili növbəti dəfə Gürcüstan millisinə çağırılıb. 24 yaşlı qapıçı AVRO-2024-ün seçmə mərhələsinin ilk iki oyununda məşqçilər korpusunun sərəncamında olacaq.

Futbolinfo.az xəbər verir ki, onunla yanaşı, yay fasiləsində “Neftçi”dən ayrılan müdafiəçi Solomon Kverkveliya da baş məşqçi Villi Sanyolun siyahısında yer alıb. Əvəzində “Sabah”ın hücumçusu Davit Volkov bu dəfə fransalı mütəxəssisin diqqətindən kənarda qalıb.

Qeyd edək ki, Gürcüstan yığması sentyabrın 8-də İspaniya ilə evdə, 11-də isə Norveçlə səfərdə üz-üzə gələcək.

Shares: