UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. Fransanın Monako şəhərində keçirilən püşkatma mərasimində qrupların tərkibi müəyyənləşib.
32 iştirakçı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb. Azərbaycan çempionu “Qarabağ” H qrupunda “Bayer” (Almaniya), “Mölde” (Norveç) və “Haken”ə (İsveç) rəqib olub.
Bütün qrupların tərkibi ilə tanış olaq:
A qrupu: “Vest Hem” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya), “Baçka Topola” (Serbiya).
B qrupu: “Ayaks” (Niderland), “Olimpik” (Marsel, Fransa), “Brayton” (İngiltərə), AEK (Yunanıstan).
C qrupu: “Reyncers” (Şotlandiya), “Betis” (İspaniya), “Sparta” (Çexiya), “Aris” (Kipr).
D qrupu: “Atalanta” (İtaliya), “Sportinq” (Portuqaliya), “Şturm” (Avstriya), “Rakuv” (Polşa).
E qrupu: “Liverpul” (İngiltərə), LASK (Avstriya), “Union” (Belçika), “Tuluza” (Fransa).
F qrupu: “Vilyarreal” (İspaniya), “Renn” (Fransa), “Makkabi” (Hayfa, İsrail), “Panatinaikos” (Yunanıstan).
G qrupu: “Roma” (İtaliya), “Slaviya” (Çexiya), “Şerif” (Moldova), “Servett” (İsveçrə).
H qrupu: “Bayer” (Almaniya), “Qarabağ” (Azərbaycan), “Mölde” (Norveç), “Haken” (İsveç).