“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan Norveçin “Mölde” klubu futbolçusu Sivert Mannsverki Niderland nəhəngi “Ayaks”a satıb. Klub bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, 21 yaşlı yarımmüdafiəçinin “Ayaks”a transferi üçün klublar razılığa gəliblər. Mannsverk “Molde”də keçirdiyi son iki ildə 55 oyunda iştirak edib, 4 qol vurub.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının H qrupunda “Mölde” ilə yanaşı, Almaniya təmsilçisi “Bayer” və İsveç klubu “Haken” ilə mübarizə aparacaq.

Shares: