“Qarabağ” heç vaxt Almaniya klublarına qalib gələ bilməyib. Ağdamlılar bu ölkənin 3 fərqli klubu ilə üz-üzə gəlib və yalnız bir heç-heçəyə nail olub.

Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində təmsilçimizə rəqib olan “Bayer”lə əvvəllər qarşılaşmamışıq. “Qarabağ”a ötən ay transfer olunan Andrey Lunyovun keçmiş klubu ilk dəfə Bakıya gələcək.

Ağdamlıların Bundesliqa təmsilçiləri ilə yolu ilk dəfə 2010-cu ildə kəsişib. Həmn vaxt Avropa Liqasının pley-off mərhələsinin hər iki oyununda Dortmund “Borussiya”sı üstün olmuşdu – evdə 4:0, Bakıda 1:0.

2013-cü ildə qrupa yolumuzu yenə almanlar – bu dəfə “Ayntraxt” kəsmişdi. Frankfurtlular Bakıda iki cavabsız qolla üstün olmuş, evdə də 2:1-ə sevinmişdi.

Nəhayət, ötən il tilsim qırıldı. Avropa Liqasının qrupunda Almanyada “Frayburq”a 1:2 hesabı ilə yenilən təmsilçimiz evdə 1:1-ə nail oldu. İndi leverkuzenlilərlə görüşlərdə uğuru davam etdirmək lazımdır.

Shares: