“Kəpəz” yeni futbolçu ilə güclənib. Bu barədə Gəncə klubu məlumat yayıb.
Futbolinfo.az xəbər verir ki, gürcüstanlı Georgi Papunaişvili “sarı-göylər”in şərəfini qoruyacaq. 27 yaşlı yarımmüdafiəçi ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb.
Tiflis “Dinamo”sunun yetirməsi olan Papunaişvili ölkəsi ilə yanaşı, Avropada da çıxış edb. O, İspaniyada “Saraqosa” və “Rasinq”də forma geyinib. Kiprin “Apollon” və Serbiyanın “Radniçki” klublarında oynayan hücumçu Gürcüstan yığma komandasında 12 oyuna 2 qol vurub. Mərkəz yarımmüdafiəçisi mövqeyində də çıxış edən Georginin son klubu ölkəsində “Telavi” olub.