Madrid “Real”ının stadionu açılış ərəfəsindədir. 89 günlük təmir işlərindən sonra arenada hər şey hazırdır. Azarkeşlər yenilənmiş stadionu sabah “Xetafe” ilə oyunda görəcəklər. Qarşılaşmaya 24 saatdan bir qədər artıq vaxt qaldığınıa görə son işlər sürətlə davam etdirilir.

Futbolinfo.az xəbər verir ki, “Santyaqo Bernabeu”nun təmirinə görə “Real” çempionatda ilk oyunlarını səfərdə keçirmişdi. “Xetafe” ilə qarşılaşma mövsümdə ilk ev oyunu olacaq.

Açılış gününə qədər hər şeyi çatdırmaq üçün işlər bütün sutka ərzində aparılır. Bazar ertəsi arenaya yeni ot örtüyü döşənib. Sabah səhərə qədər isə təmir zamanı çıxarılmış oturacaqlar yerinə qoyulacaq. Bundan sonra stadionun dəqiq tutumu 84 744 nəfər olacaq.

Bir neçə ildir bağlı qalan fanat sektoru da yenidən azarkeşlərin ixtiyarına veriləcək. Dəyişikliklər arasında VİP lojalar qeyd edilməlidir. Həmin yerlərə bilet alanlar oyunu izləmək üçün önə keçmək məcburiyyətində qalmayacaqlar. Lojalar elə quraşdırılıb ki, oyunu izləmək heç bir problem yaratmayacaq.

Daha bir yenilik tablo ilə bağlıdır. 360 dərəcəlik ultramüasir tablo stadiona xüsusi gözəllik verəcək. Futbol oyunları olmadıqda “Santyaqo Bernabeu” konsertləri qəbul edəcək. İlk konsert Teylor Sfivt tərəfindən veriləcək. Ondan başqa argentinalı reper Duka və Manuel Karrskonun da solo konsertləri planlaşdırılır.

dc2cac97 1bb4 4899 b3d9 ff1b9035fa5d - Futbolinfo.az
95936516 9974 4a38 a3ed ce4ed85ec484 - Futbolinfo.az
fd53ae77 41aa 44fd 8d54 eaa637992931 - Futbolinfo.az
Shares: