Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın Bakıda Sloveniya “Olimpiya”sı ilə heç-heçə (1:1) etdiyi qarşılaşma bu göstəricidə ikincidir.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda 27 354 tərəfdar olub.
Ən çox tamaşaçı isə “Ayaks” (Niderland) – “Ludoqorets” (Bolqarıstan) görüşündə qeydə alınıb. Amsterdamda gerçəkləşən dueldə 50 900 nəfər tribunada əyləşib.
Xatırladaq ki, səfərdə “Olimpiya”nı iki cavabsız qolla üstələyən “Qarabağ” Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. Komandamız H qrupunda Almaniyanın “Bayer”, Norveçin “Molde” və İsveçin “Haken” klubları ilə mübarizə aparacaq.