Sentyabrın 1-də İngiltərə, İspaniya, Almaniya, İtaliya, Fransa, Portuqaliya və Niderlandda transfer pəncərəsi bağlanıb. Klubların bu yay ən yaddaqalan keçidlərinə nəzər yetirək.

Yayın ən bahalı transferi kimi “Vest Hem”in yarımmüdafiəçisi Deklan Raysın 116,6 milyon avroya “Arsenal”a, “Brayton”un yarımmüdafiəçisi Moyzes Kaysedonun 116 milyon avroya “Çelsi”yə və Yoşko Qvardiolun “Leypsiq”dən “Mançester Siti”yə keçidini qeyd etmək olar.

2023-cü ilin yayında ən bahalı 10 transfer:

Deklan Rays. Vest Hem – Arsenal. Transfer məbləği: 116,6 milyon avro.

Moyzes Kaysedo. Brayton – Çelsi.  Transfer məbləği: 116 milyon avro.

Cud Bellingem. Borussiya D – Real. Transfer məbləği: 103 milyon avro.

Harri Keyn. Tottenhem – Bayern. Transfer məbləği: 100 milyon avro.

Randal Kolo-Muani. Ayntraxt – PSJ. Transfer məbləği: 95 milyon avro.

Yoşko Qvardiol. Leypsiq –  Mançester Siti. Transfer məbləği: 90 milyon avro.

Neymar. PSJ – Əl-Hilal. Transfer məbləği: 90 milyon avro.

Rasmus Heylund.  Atalanta – Mançester Yunayted. Transfer məbləği: 75 milyon avro.

Kay Havertz. Çelsi – Arsenal. Transfer məbləği: 75 milyon avro.

Dominik Soboslai. Leypsiq – Liverpul. Transfer məbləği: 70 milyon avro.

Raysın keçidi İngiltərə klubları üçün tarixin ən bahalı transferi olub. Qvardiol isə ən bahalı müdafiəçi kimi tarixə düşüb. İngiltərə klubları mövsümlərarası fasilədə ən çox pul xərcləmək ənənəsini davam etdirib.

Shares: