Formula 1 üzrə dünya çempionatında 14-cü mərhələ İtaliyada keçirilib. Təqvimə görə bu, Avropada son yarışdır.
Təsnifat mərhələsinin ilk sessiyası “Alpin” komandası üçün uğursuz alınıb. Komandanın hər iki pilotu mübarizəni dayandırıb. Onlara Kevin Maqnussen, Quanyu Jou və Lens Stroll qoşulub.
İkinci sessiyada yenə də “Ferrari”lər yüksək sürət nümayiş etdiriblər. Bu dəfə mübarizəni dayandıran sürücülər isə Sunoda, Louson, Hülkenberq, Bottas və Sarcint olub.
Həlledici sessiyanın ilk cəhdlərində də İtaliya komandasının sürücülüyü liderliyi ələ alıblar. Cüzi səhvə yol verən Maks Ferstappen onlardan geri qalıb. Təsnifatın son hissəsi çox maraqlı alınıb. Əvvəlcə Lekler liderliyi ələ alıb. Ardınca Ferstappen ən yaxşı nəticə göstərib. Ancaq niderlandlı pilot protokolu birinci sırada tamamlaya bilməyib. İspaniyalı Karlos Sayns nəticələri yaxşılaşdıraraq tiffozinin önündə ilk pilləyə yüksəlib. Sonrakı yerlərin ardıcılllığı isə Rassel, Peres, Elbon, Piastri, Həmilton, Norris və Alonso kimi olub.