“US Open”də 3-cü mərhələnin oyunları keçirilib.
Dünyanın 1 nömrəli tennisçisi Karlos Alkaras Böyük Britaniyadan olan Daniil Evansı məğlubiyyətə uğradıb – 6:2, 6:3, 4:6, 6:3. Bununla da o , turnirdə keçirdiyi 15-ci oyunda 14-cü qələbəsini qazanıb.
20 yaşlı tennisçinin göstəricisi Açıq Erada ən yaxşı nəticədir. İspaniyalı tennisçi bu qələbəylə Artur Eşin də göstəricisini təkrarlayıb.
Əlavə edək ki, 15 oyundan 12-sini Karlos Alkaras Artur Eşin adını daşıyan mərkəzi kortda keçirib. O, keçən il “US Open”də keçirdiyi 7 oyunda qalib gəlməklə karyerasında ilk “Böyük dəbilqə” titulunu qazanmışdı.