4-17 sentyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Riyadda ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi + 425 qadın) iştirak edəcək.

Onların arasında Azərbaycan yığma komandasının üzvləri də olacaq.

Heyət aşağıdakı kimidir:
Qadınlar: Nazilə İsmayılova (49 kq), Günel Vəliyeva (76 kq).
Kişilər: İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq), Dadaş Dadaşbəyli (109 kq).

Shares: