“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Hakken” heyətini gücləndirib. İsveç klubu yeni müdafiəçi transferi reallaşdırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Praqa “Slaviya”sının arxa xətt oyunçusu Ayxam Usu icarə əsasında “Hakken”in formasını geyinəcək.

Razılığa görə, İsveç millisinin 23 yaşlı oyunçusu yanvara qədər “Hakken”də çıxış edəcək. Başqa sözlə, Usu məhz AL-in qrup oyunları üçün komandaya cəlb olunub.

Qeyd edək ki, Avropa Liqasının H qrupunda yer alan “Qarabağ” “Hakken”lə ilk oyununu II tur çərçivəsində oktyabrın 5-də səfərdə keçirəcək.

Shares: