ABŞ-də davam edən “Böyük dəbilqə” seriyalı turnirdə bu gecə sensasiya baş verib. Qadınlar arasında dünyanın 1 nömrəli raketka ustası İqa Şvyontek Yelena Ostapenkaya məğlub olub – 6:3, 3:6, 1:6.

Qeyd edək ki, polşalı tennisçi üçün Ostapenka ən arzuolunmaz rəqibdir. Onlar arasında şəxsi görüşlərdə latviyalının 4:0 hesablı üstünlüyü var.

Bu məğlubiyyətdən sonra Şvyontek dünya reytinqində liderliyini itirəcək. Nəticələrdən asılı olmayaraq, gələn həftənin birinci günündən etibarən belaruslu Arina Sobolenka dünyanın 1 nömrəli tennisçisi olacaq. Şvyontek 75 həftə idi ki reytinqə başçılıq edirdi.

Gecə keçirilən digər oyunda Qauf Voznyaskiyə qalib gəlib.

Kişilərin yarışında sensasiya olmayıb. Novak Cokoviç 3 setdə xorvatiyalı Qoyonu məğlubiyyətə uğradıb. ABŞ-li Frits isə isveçrəli Strikerə eyni hesabla qalib gəlib.

Shares: