Yürgen Klopp Məhəmməd Salahın “Liverpul”dan ayrılmayacağına əmindir. Mersisaydlıların baş məşqçisi vazkeçilməz təkliflərin olmasına rəğmən, misirlinin klub sadiq olduğunu deyir.
Futbolinfo.az xəbər verir ki, İngiltərə klubu özü də hücumçusunu satmaq istəmir: “Onun kluba olan bağlılığına heç vaxt şübhə etmədim. Onun transferi barədə həddindən artıq səs-küy olsa da, Salah sakitliyini pozmadı. O, bizim oyunçumuzdur və qalmaq istəyir. Klub da Salahı satmaq niyyətində deyil”.
Xatırladaq ki, “Əl İttihad” Salahı transfer etmək üçün kisənin ağzını açıb. Səudiyyə Ərəbistanıklubu hətta misirlini dünyanın ən ödənişli futbolçusuna çevirmək niyyətindədir. Amma “Liverpul” bütün təklifləri rədd etdi.
Klopp Salahın gələn yay komandanı tərk etməsinin əleyhinə deyil. Amma indiki məqamda o, liderini itirmək istəmir.