İngiltərə polisi Roy Kinin şikayəti əsasında araşdırma aparır. Buna səbəb sabiq yarımmüdafiəçinin şikayətidir.

Futbolinfo.az xəbər verir ki, hazırda şərhçi kimi fəaliyyət göstərən irlandiyalı ötən həftə Londonda hücuma məruz qaldığını iddia edib. “Mançester Yunayted”in sabiq üzvü bu komandanın “Arsenal”la səfər oyunu zamanı azarkeşlərin hücumuna məruz qalıb.

Şəhər polisi şikayət əsasında araşdırma aparıldığını, lakin heç kimin nəzarət altına alınmadığını bildirib. Sentyabrın 3-də baş verdiyi deyilən olayla bağlı tezliklə yekun açıqlama verilməlidir.

Shares: