Ümumdünya Su İdmanı Bürosu rus və belaruslu atletlərinin yarışlarda neytral idmançı kimi iştirak etmələri üçün kriteriyaları razılaşdırıb.
Bu ölkənin su idman növlərində iştirakı ilə bağlı müzakirələr 5 aydan çox çəkib. Nəticədə onlar dünya çempionatından kənarda qalıblar. Kriteriyalar arasında ən diqqətçəkəni hər yarışda yalnız bir nəfərin iştirak edə bilməsidir.
Beləliklə, verilən qərara görə kriteriyalar aşağıdakılardır:
– Himn və bayraqsız, yalnız neytral status
– İdmançı heç bir güc strukturu ilə əlaqədə olmamalıdır
– İdmançı və məşqçi Ukraynadakı müharibəni dəstəkləməməlidir
– Yalnız fərdi yarışlar (bu isə voterpol komandalarının kənarda qalması deməkdir)
– Hər bir yarışda yalnız bir nəfər
– Geyimdə ölkənin rəmzlərini əks etdirən heç bir rəng olmamalıdır (yalnız ağ geyim)
– Mətbuat konfranslarında iştirak etməməli
– Son 12 ay ərzində götürülən dopinq testlərdən ən azı biri Rusiya və Belarusdan kənarda olmalıdır