“Düşünürəm ki, Azərbaycan və Estoniyaya qarşı matçlarda meydana çıxa bilərəm”.

Futbolinfo.az xəbər verir ki, bunu Belçika millisinin qapıçısı Kun Kastels AÇ-2024-ün seçmə mərhələ oyunları ilə bağlı “Het Nieuwsblad” nəşrinə açıqlamasında deyib.

Yığmanın əsas üzvü Tibo Kurtuanın əvəzinə komandaya cəlb olunan 31 yaşlı qolkiper həmkarının zədələnməsi ilə bağlı danışıb: “Aylarla kənarda oturmağın nə olduğunu bilirəm. Belə olan halda bütün mövsüm dumanlar içində qalır”.

Almaniyanın “Volfsburq” klubunun oyunçusu millinin baş məşqçisi Domeniko Tedesko haqqında da fikirlərini bölüşüb: “O, Bundesliqada işlədiyi üçün məni Roberto Martinesdən daha yaxşı tanıyır”.

Sentyabrın 9-da Azərbaycan yığmasının qonağı olacaq Belçika kollektivi üç gün sonra Estoniyanı qəbul edəcək.

Shares: