Cordan Henderson məyus olub. Ötən ay “Liverpul”dan ayrılan yarımmüdafiəçi klubun ona qarşı düzgün davranmadığını düşünür.

Futbolinfo.az xəbər verir ki, Cordan onun qalması üçün heç nə edilmədiyini deyir: “Təəssüf ki, kimsə mənə “Liverpul”da qalmağımı istədiklərini demədi. Bu, klubdan qovulduğum anlamına gəlmir, amma kimsənin qalmağımı arzuladığını hiss etmədim”.

Henderson 14 milyon avro qarşılığında transfer olunduğu “Əl İttifaq”la 3 illik müqavilə bağlayıb. O, Səudiyyə Ərəbistanına gedənədək 12 il “Liverpul”da oynayıb, İngiltərə klubun kapitan sarğısını daşıyıb.

Shares: