Xviça Kvaratsxeliya yeni müqavilə bağlamayacaq. “Napoli” gürcü hücumçusu ilə hazırkı anlaşma əsasında yola davam edəcək.

Futbolinfo.az xəbər verir ki, son günlər Xviçanın yeni müqavilə bağlayacağı, anlaşmasının müddətini daha iki il uzadacağı yönündə xəbərlər dolaşırdı. Söz-söhbət o qədər geniş vüsət alıb ki, Neapol klubu rəsmi açıqlama vermək məcburiyyətində qalıb.

Son İtaliya çempionunun rəsmi paylaşımında yazılıb: “Mediada Kvaratsxeliyanın yeni anlaşması ilə bağlı xəbərlər yayılır. Bunlar doğru deyil. Klubumuzdan heç kim gürcü futbolçu ilə yeni müqaviləni müzakirə etmədi. Mövcud sözləşmənin bitiminə hələ 4 il qalır və hansısa dəyişikliyə gərək yoxdur”.

22 yaşlı oyunçu “Napoli”yə ötən yay Batumi “Dinamo”sundan keçib. 13,3 milyon avroya transfer edilən gürcü 5 illik müqavilə imzalamışdı. Onun transferi dəyəri hazırda 85 milyon avro qoymətləndirilir.

Shares: