Belçika millisinin üzvü Leandro Trossard Bakı səfəri öncəsi mükafat alıb. “Arsenal”ın yarımmüdafiəçisi ölkəsində ilin ən yaxşı yığma oyunçusu seçilib.

Futbolinfo.az xəbər verir ki, futbolçu uğurunu davam etdirməyə çalışacağını bildirib: “Arsenal”a keçərkən heyət uğrunda mübarizənin çətin olacağını bilirdim. Hazırda yaxşı oyunçuların çox olduğu bir klubdayam. Mövsüm uzundur, mənim də şansım olacaq. Özümü göstərmək üçün əlimə fürsət düşəcəyinə əminəm”.

Trossard milli komandadan da danışıb: “Uğur qazanmaq üçün yaxşı şansımız var. Final mərhələsinə yollanmaq istəyirik və önümüzdəki matçlardan qalib ayrılmalıyıq”.

Shares: