“Turan Tovuz” daha bir futbolçunu heyətinə qatır. Toqo millisinin üzvü Emmanuel Hakmanın bölgə klubuna keçəcəyi ilə bağlı xəbərlər reallaşmaq üzrədir.
Futbolinfo.az xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisinin keçidi həllini tapıb. Amma onun sənədlərində yaranan problem üzündən sifariş edilməsi yubanır. Klubdan aldığımız məlumata görə, məsələ bu gün müsbət yekunlaşmalıdır.
Toqo yığmasının üzvünün son klubu Serbiyada “Novi Sad” olub. Bundan əvvəl isə o, Portuqaliyada “Jil Visente”, “Portimonense”, “Boavişta” komandalarında forma geyinib.