Lionel Messi 9 ildən sonra ilk dəfə Argentina millisinin rəsmi oyununda sona qədər meydanda olmayıb.
Futbolinfo.az xəbər verir ki, 36 yaşlı hücumçu Ekvador yığmasına 1:0 hesabı ilə qalib gəldikləri DÇ-2026-nın seçmə mərhələ oyununun 89-cu dəqiqəsində əvəzlənib. Onun yerinə meydana Ezekiel Palasios çıxıb.
Argentinalı futbolçu 2014-cü ildə baş tutan dünya çempionatında, Nigeriyaya 3:2 hesabı ilə qalib gəldikləri qrup oyununda dubl etdikdən sonra 63-cü dəqiqədə əvəzlənmişdi.
Xatırladaq ki, Argentina yığması məhz Messinin qolu sayəsində Ekvadora qalib gəlib.