Bu yay dünya klubları transferlərə 7,36 milyard dollar xərcləyib. Bu, ötən illə müqayisədə 47,2 faiz daha çoxdur.
Futbolinfo.az xəbər verir ki, transfer xərclərində ilk pillədə 1,98 milyard dollarla İngiltərə qərarlaşıb. “Çelsi”nin sayəsində siyahıda birinci olan Premyer Liqa klubları həm büdcəyə gələn, həm də büdcədən gedən maliyyəyə görə zirvədədir.
Transferlərdən əldə edilən qazanca görə Almanya öndədir. Bu ölkənin klubları 1,11 milyard dollar gəlir əldə etməklə hamıdan öndədir.
Səudiyyə Ərəbistanı xərclənən pullara görə heç də ilk sırada deyil. 875,4 milyon dollar xərcləyən ərəblər Fransanın (859,7 milyon), Almanya (762,4 milyon), İtaliyanın (711,0 milyon) və İspanyanın (405,6 milyon) olduğu liderlər qrupunda 2-ci sıradadır.
Ümumiyyətlə, Qətərin də prosesə qoşulması sayəsində Asiya klubları dünya üzrə transfer xərclərinin 14 faizini hesabına yazıb.