Bu gün Azərbaycan yığması AÇ-2024-ün seçmə mərhələsində növbəti matçına çıxıb.

Futbolinfo.az xəbər verir ki, F qrupunda mübarizə aparan Canni de Byazinin yetirmələri “Dalğa Arena”da Belçika yığması ilə qarşılaşıb.

Millimiz tsikldə ikinci ev matçına çıxıb. Estoniya ilə matçda heç-heçə oynayan futbolçularımız doğma azarkeşlər qarşısında ilk qələbə arzusunda idilər. Lakin qrup sonuncusu olan yığmamız iddialı rəqiblə görüşdən xalsız ayrılıb.

Bu gün qrupumuzun digər matçında Estoniya öz meydanında İsveçlə qarşılaşacaq.

AÇ-2024-ün seçmə mərhələsi
F qrupu

9 sentyabr

Azərbaycan – Belçika 0:1
Qol: Yannik Karrasko, 38.
Baş hakim: Nenad Minakoviç (Serbiya)
Bakı. “Dalğa Arena”.

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 17. Toral Bayramov, 20. Aleksey İsayev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Yusif İmanov, 2. Yusif Nəbiyev, 6. Höccət Haqverdi, 10. Mahir Emreli, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 16. Elvin Camalov, 18. Rüstəm Əhmədzadə, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.
Belçika: 12. Koen Kastels, 4. Vout Fas, 5. Yan Vertongen, 3. Artur Teat, 21. Timoti Kastan, 6. Amadou Onana, 8. Yuri Tilemans, 11. Leandro Trossard, 10. Yannik Karrasko, 19. Yohan Bakayoko, 9. Romelu Lukaku.
Ehtiyat oyunçular: 1. Tomas Kaminski, 13. Mats Sels, 2. Zeno Debast, 7. Ceremi Doku, 14. Dodi Lukebakio, 15. Olivye Deman, 16. Amin əl-Dahil, 17. Şarl de Ketelar, 18. Orel Manqala, 20. Lois Openda, 22. Uqo Siqet, 23. Mişi Batşuayi.
Baş məşqçi: Domeniko Tedesko.

Xal: Avstriya – 10. Belçika – 7. İsveç – 3. Estoniya – 1. Azərbaycan – 1.

Shares: