Sentyabrın 12-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – İordaniya beynəlxalq yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq və “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmanı Türkiyədən olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Arda Kardeşler
Baş hakimin köməkçiləri: Ceyhun Sesigüzel, İbrahim Çağlar Uyarcan
Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan)