Bu gün AÇ-2024-ün seçmə mərhələsində 6-cı turun növbəti oyunları keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə daha 5 qarşılaşma baş tutacaq.

D qrupunda Xorvatiya yığması səfərdə Ermənistanla münasibətlərinə aydınlıq gətirəcək.

J qrupunda isə itkisiz irəliləyən Portuqaliya yığması Lüksemburqu sınağa çəkəcək.

AÇ-2024, seçmə mərhələ
6-cı tur

11 sentyabr

D qrupu
20:00. Ermənistan – Xorvatiya
22:45. Latviya – Uels

Xal: Türkiyə – 10. Xorvatiya – 7. Ermənistan – 7. Uels – 4. Latviya – 0.

J qrupu
22:45. İslandiya – Bosniya və Herseqovina
22:45. Portuqaliya – Lüksemburq
22:45. Slovakiya – Lixtenşteyn

Xal: Portuqaliya – 15. Slovakiya – 10. Lüksemburq – 10. Bosniya və Herseqovina – 6. İslandiya – 3. Lixtenşteyn – 0.

Shares: