Damian van der Vaart “Ayaks”la müqavilə bağlayıb. 2024-cü ilin yayınadək nəzərdə tutulan anlaşmanın daha sonra uzadılması şərti də var.

17 yaşlı uşaq haqqında bu xəbər bir o qədər diqqət çəkməyə bilər. Amma söhbət Rafael van der Vaartın oğlundan gedirsə, vəziyyət dəyişir. Deməli, Amsterdam klubunda atalar və oğullar ənənəsinin daha bir davamçısı var.

Almaniya və Danimarkada futbolun sirrlərin öyrənən oğul van der Vaart mərkəz yarımmüdafiəçisidir. O, Niderlanddan kənarda yetişsə də, atasının vətənində oynayacaq.

Hazırda 40 yaşı olan Rafael 1993-cü ildə “Ayaks”a gəlmiş, burada yetişərək əsas komandaya yüksəlmişdi. 2005-ci ilədək Amsterdamda qalan oyunçu daha sonra “Hamburq”a transfer olunmuşdu. “Real”, “Tottenhem”, “Betis”, “Midtülland”da davam edən karyera 2018-də “Esberq”də bitmişdi. Damianın məhz Danimarka klubundan “Ayaks”a gəlməsi bununla bağlıdır.

damian van der vaart 2019 1694018129 116078 1 - Futbolinfo.az
Shares: