Qrem Potterin işsiz günləri tezliklə başa çata bilər. Ötən mövsümün sonunda “Çelsi”dən qovulan mütəxəssisə yeni təkliflər var.
Futbolinfo.az xəbər verir ki, bir neçə gün öncə Lion “Olimpik”inin təklifini rədd edən ingilis məşqçi uzunmüddətli, maraqlı layihə arzusunda idi. Ona belə bir şəraiti “Reyncers” yaratmaq istəyir. Şotlandiya klubu son illər aşkar geri qaldığı “Seltik”lə yendən başabaş mübarizə aparmaq üçün toparlanmaq istəyir.
Bu səbəbdən 48 yaşlı mütəxəssislə danışıqlar başlayıb. Qlazqolular Potteri yeni layihəyə inandıra bilsə, tərəflər uzunmüddətl müqavilə bağlayacaq. O, “Brayton”da gördüü işləri burada davam etditmək imkanı qazanacaq.