Azərbaycan I Liqasında çıxış edəcək “Mingəçevir” “Azərlotereya” ilə əməkdaşlıq edəcək. Tərəflər arasında birillik sponsorluq müqaviləsi imzalanıb.

Futbolinfo.az xəbər verir ki, şirkətin reklamları klubun formasının üzərində, stadionun lövhələrində əks olunacaq. Bu barədə şəhərlilərin mətbuat katibi Elnur Qasımov məlumat verib.

Qeyd edək ki, “Mingəçevir” klubu ötən gün ev və səfər formalarını təqdim edib.

Shares: