Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların 2023-cü ilin ilk 8 ayına olan dünya reytinqini açıqlayıb.
Futbolinfo.az saytının məlumatına görə, siyahıda Azərbaycanın 3 komandası yer alıb.
Ən yaxşı göstəriciyə malik “Qarabağ” reytinqdə bir qədər də irəliləyib. Azərbaycan çempionu 15 addım yüksəlişə keçərək, 64-cü yerdə qərarlaşıb. Qurban Qurbanovun kollektivinin aktivində 144,5 xal var.
“Sabah” reytinqdə 51 komandanı geridə qoyub. Paytaxt təmsilçisi bu dəfə 64,5 xalla 286-cı pilləyə yüksəlib. Onlardan fərqli olaraq “Neftçi” 13 addım geri gedib. “Ağ-qaralar” hazırda 62,75 xalla 311-cidr.
405 komandanın yer aldığı dünya reytinqinə 312 xalla “Mançester Siti” başçılıq edir. “Real” (301 xal) ikinci, “Flamenqo” (268) isə üçüncü yerdədi.