Dünən Portuqaliya – Lüksemburq oyununda qeydə alınan hesab hər iki komandanın tarixinə düşdü. AVRO-2024-üç seçmə mərhələ matçında 9:0 hesablı qələbə meudan sahibləri üçün ilk idi.

Futbolinfo.az xəbər verir ki, portuqaliyalılar dünənədək 3 dəfə qazandıqları 8:0 hesabına sevinirdi. 2003-cü ildə Küveyt, 1994 və 1999-cu illərdə Lixtenşteyn bu rəqibindən 8 cavabsız qol buraxmışdı.

Böyükhesablı məğlubiyyət Lüksemburqun da tarixinə düşdü. Amma “cırtdanlar” üçün bu nəticə ən böyük hesabla yenilginin təkrarıdır. Daha öncə Almaniya (1936) və 2 dəfə İngiltərə (1960, 1982) Lüksemburqu 9:0 hesabı ilə məğlub etmişdi.

Shares: