Türkiyənin “Kayserispor” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Çağdaş Atanla yollarını ayıran Super Liqa təmsilçisini bundan sonra Recep Uçar çalışdıracaq.
Bu barədə “sarı-qırmızılar”ın mətbuat xidməti məlumat yayıb. 47 yaşlı mütəxəssislə 2023/24 mövsümünün sonuna kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Uçar son olaraq “Ümraniyespor”un baş məşqçisi olub. Onun əvəz etdiyi Atan isə bundan sonra “Başakşəhər”ə rəhbərlik edəcək.