21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

Futbolinfo.az xəbər verir ki, millimiz səfərdə Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində Bakı vaxtı ilə saat 22:00-da başlayacaq Serbiya – Azərbaycan qarşılaşmasını Türkiyədən olan hakimlər briqadası idarə edəcək:

Baş hakim: Erkan Özdamar
Baş hakimin köməkçiləri: Serkan Olguncan, Murat Tugberk Curbay
Dördüncü hakim: Zorbay Küçük

Shares: