Yeni baş məşqçi axtaran Lion “Olimpik”i daha bir mütəxəssisin namizədliyini gözdən keçirir. Fransa klubu İngiltərəyə boylanıb.
Futbolinfo.az xəbər verir ki, “Valensya”dan ayrılandan bəri işsiz olan italiyalı Cennaro Qattuzo bu posta əsas namizəddir. Amma onunla danışıqlar müsbət yekunlaşmasa, lionlular Frenk Lempardla stol arxasına əyləşəcək. “Çelsi”də uğrusuzluğa düçar olan sabiq yarımmüdafiəçi də ölkəni dəyişməyin, Fransaya yollanmağın əleyhinə deyil.
Xatırladaq ki, “Olimpik” Loran Blanı istefaya göndərdikdən sonra axtarışdadır.