“Neftçi” yeni transferinə qovuşub.

Futbolinfo.az xəbər verir ki, keçidi transfer pəncərəsinin bağlanmasına bir neçə saat qalmış reallaşan argentinalı Lukas Melano ilə rəsmi müqavilə bağlanıb.

30 yaşlı forvard artıq Bakıya gələrək tibbi baxışdan keçib və rəsmi müqaviləyə imza atıb.

Sonuncu klubu “Atletiko Sarmiento” (2023) olan Lukas Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib. 2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.

Shares: