Sinqapur şəhər trassında müəyyən dəyişikliklər edilib. Komandaların fikrincə, Sinqapur mərhələsində Formula 1 sürücüləri bir dövrəni əvvəlki illərlə müqayisədə on saniyə tez qət edəcəklər.
Sentyabrın 15-dən 17-dək keçiriləcək Sinqapur qran-prisi öncəsi təşkilatçılar 90 dərəcəyə mailk 4 döngəni konfiqurasiyadan çıxarıblar. 15-ci döngədən sonra düzlük başlayacaq. Onun ardınca isə əvvəllər 20-ci sayılan 16-cı döngə olacaq.
2020-ci il avtomobilləri ilə edilən simulyasiyalar bir dövrədə vaxtın səkkiz saniyə azalacağını üzə çıxarıb. Ekspertlərin fikrincə, indiki bolidlərlə dövrənin müddəti simulyatorla müqayisədə daha az olacaq. “Mercedes” və “Haas” komandalarından verilən açıqlamalara görə, dövrə vaxtları on saniyə azalacaq. Beləliklə, pilotlar dövrəni 1 dəqiqə 40 saniyədən daha az müddətə qət etməlidirlər.
Ötən mövsüm “Ferrari” komandasının pilotu Şarl Lekler sıralama turunu 1:49,412 nəticə ilə qazanmışdı.