Serbiyanın paytaxtı Belqradda “Partizan” və “Fuenlabrada” komandaları arasında yeni mövsümə hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirilib. Yoldaşlıq oyunu olmasına baxmayaraq, tribunaların azarkeşlər tərəfindən doldurulması və hazırlanan şou hər kəsi yaxşı mənada şoka salıb.

Oyun 93:63 hesabı ilə “Partizan”ın xeyrinə başa çatıb. Rəqibin “Fuenlabrada” seçilməsi də təəccüblü deyil.  Belə ki, ötən əsrin sonlarında Balkanlardakı müharibə zamanı Belqrad klubuna ev oyunlarını Yuqoslaviyada keçirməyə qadağa qoyulmuşdu. Klub Madridin cənubunda yerləşən Fuenlabrada şəhərində sığınacaq tapmışdı. Komanda ev oyunlarını da orada keçirirdi.

Məhz o zaman – 1991/92 mövsümündə “Partizan” tarixində ilk və sonuncu dəfə avrokubok qazana bilmişdi. Həmin vaxt komandanın oyunçularının orta yaş həddi 21,7-ə bərabər idi. Bütün ili ölkədən kənarda oynamasına baxmayaraq, istedadlı gənclər Avropada səs-küy yaratmağı bacardı. Ən yaddaqalanı isə finalda baş verdi. Gənc Aleksandr Corceviç son saniyələrdə 3 xallıq atışı ilə komandasına İspaniyanın “Xoventud” klubu üzərində qələbə qazandırdı. Həmin hadisə “Partizan”ın tarixində ən böyük zəfərlərdən biridir. Ölkə kubokunu və çempionatını da qazanan komandanın baş məşqçisi həmin vaxt Jelko Obradoviç idi, heyətdə isə Predraq Daniloviç və Jelko Rebraça kimi gələcəyin ulduzları var idi.

26f62a7d 94ba 4f3e 8809 518a63b654ff - Futbolinfo.az

Ölkədən kənarda oynamasına baxmayaraq, kiçik Fuenlabrada şəhərinin insanları komandanı tək buraxmamış və onların uğurlarına böyük töhfə vermişdilər. Məhz buna görə də “Partizan” ispanların xəcalətindən çıxmağa çalışıb.

Çempionluğun 30-cu ildönümü münasibətilə komandalar keçən il Madriddə qarşılaşmışdılar. Bu il isə serblər xüsusi şou hazırlayaraq ispanları da təəccübləndiriblər. Onlar  açıq havada – Daşmeydan parkında “Fuenlabrada” ilə yoldaşlıq görüşü təşkil ediblər. Açıq üzgüçülük hovuzunun yerləşdiyi idman kompleksi basketbol meydançasına çevrilib. Tribunalarda isə ispanları qardaş komanda kimi qarşılayan 7500 azarkeş olub. Oyun zamanı azarkeşlərə yüksək səslə oxumaq, tullanmaq və pirotexnikadan istifadə etməyə icazə verilib.

2c2d637f d32f 467f 902e cb783016307d - Futbolinfo.az

Əsas gözəllik hava qaralandan sonra başlayıb. Feyerverklər matça xüsusi gözəllik verib.

9013b6a5 6984 407f a399 a11991e2787e - Futbolinfo.az
27f4ca0d 0c7f 49cf ab26 b2f50229bc1d - Futbolinfo.az
f50b1814 6395 4a9b 99b0 6f1d7daee47d - Futbolinfo.az
Shares: