Futzal DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində bu gün Azərbaycan millisi ilk oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, komandamız səfərdə Rumıniya yığmasının qonağı olub.
Gərgin keçən oyunda hesab 16-cı dəqiqədə açılıb. Rəqib standart vəziyyətdən qol vurub. İkinci hissəyə futzalçılarımız daha yaxşı başlayıb. Rəqibi tədricən təzyiq altında saxlayan komandamız 27-ci dəqiqədə hesaba tarazlıq gətirib. Felipinyo adını tabloya yazdırıb. 30-cu dəqiqəfə rəqib qapıçı Vilelanın effektli zərbəsini kornerə çıxarmaqla hesabın dəyişməsinə imkan verməyib. Əvəzində meydan sahibləri bir dəqiqə ərzində iki qol vurub.
Beləliklə millimiz elit-raunda məğlubiyyətlə başlayıb. Komandamız növbəti oyununu sentyabrın 20-də Bakı İdman Sarayında Niderlanda qarşı keçirəcək.
DÇ-2024-ün elit-raund oyunu
15 sentyabr
Rumıniya – Azərbaycan 3:1
Qollar: Andre Luis Sasse, 15:26; 32:37; 33:13 – Felipinyo, 26:56.
Hakimlər: Admir Zahoviç, Aleş Mocnik Peric, Dejan Veselic
(Hakimlər briqadası Sloveniyadandır)
Timekeeper: Laurentiu Deaconu (Rumıniya)
Hakim-inspektor: Angelo Qalante (İtaliya)
UEFA nümayəndəsi: Zoran Dimiç (Serbiya)
Buzau şəhəri. Romeo İamadi Arena. Saat 19:30.
Rumıniya: 12. Petrișor Tonița (q), 8. Andre Luis Sasse, 10. Felipe Oliveira (k), 14. Paulo Ferreira, 20. Andrei Craciun, 1. Teodor Lunqu (q), 3. Riçard İszlai, 5. Vladuț Dudau, 6. Valentin İlaş, 7. Daniel Araujo, 9. İstvan Hadnagy, 13. Matei Boșneaga, 15. Darius Nastai, 18. Szabolcs Manya.
Baş məşqçi: Endre Kaçso.
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 6. Eduardo Borges, 9. Rafael Vilela, 10. Felipinyo, 14. Amadeu, 1. Emin Kürdov (q, k), 4. Oktay Rüstəmli, 7. Hadi Ahmadi, 8. Novruz Kazıxanov, 11. Xətai Bağırov, 13. Everton Kardoso, 16. Xəzər Ağalızadə, 17. İsa Atayev, 20. Amir Şocaei.
Baş məşqçi: Vitali Borisov.