Türkiyə PTT 1-ci Liqasında 22-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, milli komandamızın müdafiəçisi Mahir Şükürovun şərəfini qoruduğu "Karşıyaka" da növbəti oyununa çıxıb. 
İzmirlilər doğma azərkeşlər önündə "Orduspor"la qarşılışıb. Yığmamızın baş məşqçisi Robert Prosineçkinin stadiondan izlədiyi oyunda futbolçumuz meydana 66-cı dəqiqədə çıxıb və 6:0 hesablı qələbədə iştirakçı olub. 
Qeyd edək ki, "Karşıraka" 33 xalla 5-ci sırada qərarlaşıb.
Shares: