Ukrayna Premyer Liqasında 7-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası – “Obolon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv bu turda Donetsk “Şaxtyor”u ilə üz-üzə gəlib. Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Dmitri bu matçın 89-cu dəqiqəsində meydana buraxılıb.
7 turdan sonra 5 xala malik “Obolon” 16 komanda arasında 11-cidir.