Ukrayna Premyer Liqasında 7-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin yeni komandası – “Polesye” də növbəti matçına çıxıb.
Sözügedən komanda Odessa “Çernomorets”inin qonağı olub və 0:1 hesabıyla uduzub.
Emil bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
7 turdan sonra “Polesye” 12 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.