Bir müddət əvvəl “AlphaTauri” gələn mövsüm komandanın Formula 1-də yeni ad altında yarışacağını bəyan etmişdi. Avropa mətbuatı komandanın “Hugo Boss”la titul sponsorluğu müqaviləsi fərziyyələrini irəli sürdükdən sonra baş icraçı direktor Peter Bayer qeyri-rəsmi olaraq tərəfdaşlığı təsdiqləmişdi.

Onun sözlərinə görə, alman moda istehsalçısı da yeni layihədə iştirak edir. Ancaq yeni ad daha təmtəraqlı səslənəcək!

İsveçrə mətbuatının yaydığı xəbərə görə, söhbət idman malları istehsalçısı “Adidas”dan gedir. Böyük ehtimalla komanda gələn il elə məhz “Adidas” adlanacaq.

Shares: