“Yuventus”un və İtaliya milli komandasının sabiq futbolçusu Federiko Bernardeski estetik əməliyyat olunub. O, cərrahi müdaxilədən sonra xeyli dəyişib.
Futbolinfo.az xəbər verir ki, sağdakı şəkil onun bir neçə il öncəki vəziyyətini göstərir. Aydın olur ki, Federiko almacıq sümüklərini əməliyyat etdirib və üz qırışlarını “qaydaya saldırıb”.
Hazırda MLS-də “Toronto”nun şərəfini qoruyan futbolçunun hələ 29 yaşı olduğunu xatırladaq.