Azərbaycan Cüdo Federasiyasının (ACF) daha bir hakimi “A” kateqoriyalı hakim statusu alıb.
Futbolinfo.az xəbər verir ki, Kanadanın Alberta əyalətinin Kalqari şəhərində Beynəlxalq Cüdo Federasiyası (BCF) tərəfindən hakimlər üçün “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim adının alınması üçün imtahan keçirilib.
İmtahanda ACF hakimlər heyətinin üzvü Akif Tahirov da iştirak edib. Hakimlər nəzəri hissəyə dair imtahan veriblər. Daha sonra, 15-17 sentyabrda keçirilən böyüklər arasında Pan-Amerika və Okeaniya çempionatında görüşləri idarə edərək praktiki imtahan veriblər. Həm nəzəri, həm də praktiki imtahanı yüksək nəticə ilə keçən həmyerlimiz “A” kateqoriyalı hakimlik lisenziyasını əldə edib.
Qeyd edək ki, Akif Tahirov yarışda kişilər arasında 60 kq çəkidə bürünc medal uğrunda və 81 kq çəkidə final görüşündə, qadınlar arasında isə 63 kq çəki dərəcəsində finalda hakimlik edib. Komanda yarışlarında isə final görüşlərində ədalət təmsilçiləri arasında yer alıb.