“Neftçi”nin sabiq baş məşqçisi Laurentsiu Regekampf Rumıniya klubu “Universitatya Krayova”nı tərk edir.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, mütəxəssis karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək üçün bu addımı atır.

Belə ki, 47 yaşlı çalışdırıcının ərəb ölkəsində çıxış edən bir klubla anlaşdığı bildirilir. Bu üzdən Regekampf hazırkı komandasını tərk etmək üçün rəhbərliyə müraciət edib. O, müqaviləsinə xitam verilməsi üçün 330 min avroluq təzminatı ödəməyə razılıq verib.

Qeyd edək ki, yay fasiləsində “Neftçi”dən ayrılaraq “Universitatya Krayova”nın “sükanı arxasına” keçən Laurentsiu Regekampf cəmi 9 tur komandanı meydana çıxarıb.

Shares: